Anatoli Trubin İngiltərə nəhənginin hədəfindədir
"Benfika"nın ukraynalı qapıçısı Anatoli Trubin "Mançester Siti"nin transfer hədəfinə çevrilib.
Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, "Mançester Siti" Trubin üçün mövsmün sonunda "Benfika"ya rəsmi təklif göndərəcək.
Portuqaliya klubunun rəhbərliyi 23 kiper üçün 40 milyon avro tələb edir.
Qeyd edək ki, Trubin bu mövsüm keçirdiyi 36 rəsmi matçda qapısında 35 qol görüb.