Ancelotti: “Real Madrid” Modriçə sahib olduğu üçün çox şanslıdır”

“Real Madrid”in baş məşqçisi Karlo Ancelotti futbolçusu L.Modriç barədə öz fikirlərini bildirib.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəsis Modriçin hələdə mükəmməl futbol oynadığını dilə gətirib.

“Luka Modriç böyük futbolçudur. 39 yaşı olmasına baxmayaraq üst səviyədə futbol oynayır. “Real Madrid” Modriçə sahib olduğu üçün çox şanslıdır. O aldığı hər şeyə laiqdir. O fantastik oyunçu, heyrətamiz insandır”, - deyə K.Ancelotti bildirib.

Qeyd edək ki, Luka Modriç bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 17 matçda 1 qol və 3 asistlə yadda qalıb.