Ançelotti: “Vinisiusun “Qızıl topu” qazanacağını düşünürəm”

“Real Madrid”in italiyalı çalışıdırıcısı Karlo Ançelotti futbolçusu Vinisius barədə danışıb.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəsis jurnalistlərə müsahibə verən zaman bu fikirləri söyləyib;

“Vinisius mükəmməl futbolçudur. O meydanda hər şeyi edir. Qollar vurur assitlər edir. Lazım gəldikdə müdafiədədə kömək edir. Bu il veriləcək “Qızıl top”un sahibi fikrimcə Vinisius olacaq. O buna laiqdir. Vini kimi futbolçuya sahib olduğumuz üçün şanslıyıq”, - deyə K.Ançelotti bildirib.

Qeyd edək ki, Vinisius Junior bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 14 matçda 8 qol və 5 asistlə yadda qalıb.