Ançelottinin yeni planı

"Real"ın baş məşqçisi Karlo Ançelotti madridlilərin farm klubu sayılan "Kastilya"nın gənc futbolçusu David Ximenesi heyətə cəlb etməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, italiyalı mütəxəssis zədəli Daniel Karvaxalı məhs onunla əvəzləmək niyyətindədir.

Bu haqda AS nəşri məlumat yayıb.

Madridlilər bununla yeni müdafiəçi transferi üçün əlavə xərcə düşməmək qərarına gəliblər.

Qeyd edək ki, Ximenes bundan əvvəl də "Real"ın heyətinə cəlb olunmuşdu.