"Anderlext" - "Fənərbağça": Düşərgələrdəki son durum
UEFA Avropa Liqasında bu gün pley-off mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.
Sportline.az xəbər verir ki, "Fənərbağça" səfərdə "Anderlext"lə qarşılaşacaq. İlk görüş İstanbul nəhənginin 3:0 hesablı qələbəsi ilə nəticələnmişdi.
“Fənərbağça”da qapıçı Dominik Livakoviç, Çağlar Söyüncü, Ceydon Ostervolde və Rodriqo Bekao zədə səbəbindən oyunda iştirak edə bilməyəcək.
“Anderlext”də isə Majed Ashimuru və Kasper Dolberq baş məşqçi David Hubertin sərəncamında olmayacaq.
Start fiti gecə yarısı 12-də başlanacaq görüşü isveçrəli hakim Sandro Şörer idarə edəcək.