Anderson "Mançester Yunayted"ə keçəcək

"Mançester Yunayted" "Nottingem"in yarımmüdafiəçisi Elliot Andersonu heyətinə qatacaq.

Sportline.az xəbər verir ki, bu haqda "Mirror Football" nəşri məlumat yayıb.

23 yaşlı futbolçunun transfer qiyməti 60 milyon avrodur.

Qeyd edək ki, E.Anderson cari mövsüm meydana çıxdığı 36 matçda 1 qol, 3 asistlə yadda qalıb.