Anderson seçimini etdi
"Nottingem"in yarımmüdafiəçisi Elliot Anderson yayda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" və "Mançester Siti" 23 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.
"Mail Sport"un yaydığı məlumata görə, Anderson "Siti"yə keçmək istəyir.
Qeyd edək ki, İngiltərə millisinin bu mövsüm meydana çıxdığı 41 oyunda 2 qol, 3 asistlə yadda qalıb.