Andre Silvanın yeni klubu bilinib

"Leipziq"in portuqaliyalı hücumçusu Andre Silva karyerasını "Vest Hem"də davam etdirəcək.

Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, "Vest Hem Yunayted" A.Silvanı transfer etmək üçün hərəkətə keçib.

"Leipziq" bu keçid üçün "Vest Hem"dən 10 milyon avro tələb edir.

Qeyd edək ki, Andre Silva bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 15 oyunda 1 qol və 3 asistlə yadda qalıb.

Onun Almaniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.