Andres Quardado milli karyerasını başa vurub
Meksika millisinin sabiq oyunçusu A.Quardado yığma komandada sonuncu matçını keçirib.
Sportline.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları – Meksika arasında keçirilən matç Quardadonun millidəki son oyunu kimi qeydə alınıb.
Meksika rəqibini 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, A.Quardado milli komandanın heyətində çıxış etdiyi 182 matçda 28 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb. Veteran futbolçu milli komanda ilə birgə 5 dünya çempionatında iştirak edib.