Andrey Şevçenko Bakıda

“FİFA Arena” layihəsi çərçivəsində 247 nömrəli tam məktəbdə inşa edilən futbol meydançasının açılış mərasimi keçirilib.

Sportline.az xəbər verir ki, mərasimə Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko da qatılıb.

Tədbirdə AFFA prezidenti Rövşən Nəcəf, Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev, AFFA-nın, FIFA-nın, Elm və Təhsil Nazirliyinin rəsmiləri, futbol ictimaiyyətinin nümayəndələri və məktəblilər də qatılıblar.

AFFA futbol meydançasının açılışından fotoları təqdim edib: