Ansi Aqolli "Qarabağ"a qoşuldu
Albaniya yığmasının heyətində Fransada keçirilən Avropa çempionatının final mərhələsində çıxış etmiş Ansi Aqolli “Qarabağ”ın Avstriyada davam edən təlim-məşq toplanışına qatılıb. SportLine.az Ağdam klubunun saytına istinadən xəbər verir ki, o, bu gündən komandasının məşqlərində iştirak edəcək.
Aqolli Avro-2016-da Albaniya millisi ilə 3 matçda (2 oyunda kapitan kimi) meydanda olub. Onun yığması qrup mərhələsində 3 xalla 3-cü yerdə qərarlaşsa da, 1/8 finala vəsiqə qazana bilməyib.
Qeyd edək ki, Aqolli Azərbaycan çempionatları tarixində belə mötəbər turnirdə iştirak edən ilk futbolçu olub.