"Antalyaspor" argentinalı hücumçu ilə maraqlanır
"Antalyaspor" ÇSKA Moskvada çıxış edən Adolfo Qaiçi heyətinə qatmaq istəyir.
Sportine.az Sport24.ru-ya istinadla xəbər verir ki, Türkiyə klubunun idman direktoru Aytaç Altay argentinalı futbolçunun transferi ilə bağlı bu fikirləri səsləndirib.
"Adolfo Qaiçlə həqiqətən maraqlanırıq. Əgər klub şərtlərimizlə razılaşsa və futbolçunun maaşı az olsa, o zaman bu transfer baş tuta bilər. Danışıqlar aparırıq" deyə Aytaç Altay bildirib.
Qaiç ötən mövsümü icarə əsasında "Rizespor"da keçirib.O, Qara dəniz klubu ilə meydana çıxdığı 35 oyunda 11 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, 25 yaşlı hücumçu daha əvvəl karyerasında "Verona", "Hueska" və "San Lorenzo" klublarında oynayıb.