"Antalyaspor" "Beşiktaş"ın futbolçusunu transfer etdi
"Antalyaspor" "Beşiktaş"ın futbolçusu Emrecan Uzunhanın transferini rəsmiləşdirib.
Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, "ağ-qırmızılar" icarə əsasında komandanın formasını geyinən müdafiəçini bu gün rənglərinə bağlayıblar.
23 yaşlı futbolçu imza mərasimində bu komandanın şərəfini qorumaqdan qürur duyduğunu bildirib.
Qeyd edək ki, "Beşiktaş"ın 2022-ci ildə "İstanbulspor"dan transfer etdiyi futbolçu 2022-2023 mövsümünün ikinci yarısında "Antalyaspor"un heyətində oynayıb.