Antoni yenidən "Real Betis"də
"Mançester Yunayted"in brazilyalı futbolçusu Antoni "Real Betis"ə transfer olub.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
İspaniya klubu bu keçid üçün qarşı tərəfə 22+3 milyon avro ödəyəcək.
25 yaşlı oyunçu 24 saat içində Sevilya şəhərinə gələcək.
Qeyd edək ki, Antoni ötən mövsümü məhz "Real Betis"də icarə əsasında keçirmişdi.