Aquero: “Lamin Yamal Vinisiusdan daha istedadlıdır”

Argentina millisinin sabiq futbolçusu Serxio Aquero maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Sportline.az “Mundo Deportivo” qəzetinə istinadən xəbər verir ki, sabiq futbolçu Yamalı Vinisiusdan üstün hesab edib.

“Lamin Yamal Vinisiusdan daha istedadlıdır. Baxmayaraq ki, Vinisius “Real Madrid”in heyətində çoxlu titular qazanıb və daha çox təcürbəyə malikdir. Yenədə Yamal daha yaxşıdır. Mən ona üstünlük verirəm. Hücumçu kimi hər ikisi ilə oynamaq istəyərdim”, - deyə Aquero bildirib.

Qeyd edək ki, S.Aquero futbolçu kimi “İndependiente”, “Atletiko Madrid”, “Mançester Siti” və “Barselona” kimi klubların şərəfini qoruyub.