Arauxo 5 ay sonra yaşıl meydanlara qayıdır

"Barselona" klubunun uruqvaylı futbolçusu Ronald Arauxo 5 ay sonra yaşıl meydanlara qayıdır.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Arauxonun zədəsi sağalıb. 25 yaşlı futbolçu "Borussiya Dortmund"la matçda iştirak edə biləcək. 

R.Arauxo ABŞ-da keçirilən Amerika kubokunun 1/4 finalında Brazilya millisi ilə matçda zədələnmişdi.

Qeyd edək ki, "Borussiya Dortmund" - "Barselona" matçı 12 dekabr gecə yarısı saat 12-də start götürəcək.