"Araz" elit-raunda məğlubiyyətlə başladı

Futzal üzrə UEFA kubokunda elit-raund mərhələsi start götürüb. SportLine.az xəbər verir ki, "B" qrupunda mübarizə aparan Azərbaycan təmsilçisi "Araz" bu gün ilk görüşünə çıxıb. Rəqib Xorvatiyanın "Nasional" klubu olub. 

Gərgin keçən mübarizənin yekununda "Nasional" qələbə qazanıb - 2:1.

Digər görüşdə isə "Yuqra" (Rusiya) və "Hamburq" (Almaniya) üz-üzə gəlib. Matç Rusiya təmsilçisinin böyük hesablı qələbəsi ilə bitib - 4:0.

Qeyd edək ki, Zaqrebdə keçirilən qrup mərhələsinin ikinci turunda "Araz" "Yuqra" ilə qarşılaşacaq.