"Araz" ikinci görüşdə də məğlub oldu

Bu gün futzal üzrə UEFA Kubokunun elit-raundunda növbəti görüşlər keçirilib. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Araz" 2-ci tur çərçivəsində "Yuqra" (Rusiya) ilə üz-üzə gəlib.

İlk görüşdə "Nasional"a (Xorvatiya) uduzan Naxçıvan klubu bu dəfə qələbə qazanmaqla məğlubiyyəti unutdurmaq niyyətində olsa da, işlər qaydasında getməyib. "Yuqra" böyük hesabla qələbə qazanıb. Bununla da, "Araz" qrupda qalıb.

24 noyabr 2016
Futzal, UFEA Kuboku, elit-raund
"B" qrupu, 2-ci tur

“Araz” (Azərbaycan) - “Yuqra” (Rusiya) - 0:4

Hakimlər: Paskal Lamal (Belçika), Eduardo Fernandes Koelyu (Portuqaliya),
Zaqreb. İdman Evi