"Araz-Naxçıvan" futzal klubunun baş məşqçisi: "Güclənməyə ehtiyacımız var, çünki gedənlər olacaq"
"Güclənməyə ehtiyacımız var. Çünki bəzi oyunçular komandadan gedəcəklər".
Bunu Sportline.az-a açıqlamasında "Araz-Naxçıvan" futzal klubunun baş məşqçisi Vitali Borisov deyib.
Mövsümün əvvəlində ölkə çempionunun "sükanı arxasına" keçən 41 yaşlı mütəxəssis komandanın çıxışını orta qiymətləndirdiyini söyləyib.
Mövsümün əvvəlində baş məşqçiliyə başlayan Borisov futzalçı kimi çıxış etməyin daha asan olduğunu və zövq verdiyini söyləyib: "Birinci il üçün həm millidə, həm də klubda çalışmaq asan deyil. Köməkçilər, rəhbərlik və oyunçular kömək edirlər".
O, hazırda Qazaxıstanın "Atırau" klubunda çıxış edən yığma üzvü Rövşən Hüseynlinin "Araz-Naxçıvan"a qayıtmaq ehtimalı barədə danışıb: "Onun bu il klubu ilə müqaviləsi var və orada da yaxşı çıxış edir. Rövşənə uğurlar arzulayıram".
Millinin baş məşqçisi son olaraq DÇ-2024-ün elit mərhələsində dekabrda Rumıniya və Niderland yığmalarına qarşı görüşlərdə yaxşı nəticə qazanmağa çalışacaqlarını vurğulayıb.