"Ayaks"ı PSJ-yə dəyişir

"Ayaks"ın futbolçusu Mika Qodts karyerasını PSJ-də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

21 yaşlı sol cinah vingerinin dəyəri 40 milyon avrodur.

Qeyd edək ki, M.Qodtsın Niderland klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.