"Real Madrid" Kamavinqanı satacaq?

"Real Madrid"in fransalı futbolçusu Eduardo Kamavinqa klubdan ayrıla bilər.

Sportline.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" 23 yaşlı oyunçunu transfer etmək niyyətindədir.

Fransa millisinin üzvü "Real"da qalmağa üstünlük verir. Lakin son qərarı "los blankos" verəcək.

Qeyd edək ki, Kamavinqa 2021-ci ildən kral klubunun şərəfini qoruyur.