"Çelsi"dən "Napoli"yə keçir

"Çelsi"nin futbolçusu Benua Badiaşili karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Napoli" 25 yaşlı oyunçunu heyətinə qatmaq istəyir.

Bu haqda jurnalist Nikola Şıkira məlumat yayıb.

Qeyd edək ki, B.Badiaşili dəyəri 15 milyon avrodur.