Araz oynadı, komandası qalib gəldi

Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Ermis" kollektivi olub.

Qarşılaşma "Anortosis"in qələbəsi ilə yekunlaşıb - 2:1.

A.Abdullayev meydana start heyətində çıxıb və 63 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, "Anortosis" 26 xalla AEK Larnaka ilə zirvəyə şərikdir.