Voltemade İtaliya yolunda
"Nyukasl"ın forvardı Nik Voltemade karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Napoli" 24 yaşlı oyunçunu heyətinə qatmaq istəyir.
Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Qeyd edək ki, N.Voltemade dəyəri 55 milyon avrodur.