Araz oynamadı, komandası növbəti qələbəsini qazandı
Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr çempionatında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Doxa" olub.
Qarşılaşma "Anortosis"in qələbəsi ilə yekunlaşıb - 2:0.
A.Abdullayevin adı bu oyunun iştirak ərizəsinə daxil edilməyib.
Aktivində 13 xalı olan "Anortosis" zirvədə qərarlaşıb.