"Araz"dan təsəlli qələbəsi

Futzal üzrə UEFA Kubokunun elit-raundunda mübarizə aparan "Araz" bu gün son oyununa çıxıb. SportLine.az xəbər verir ki, Naxçıvan təmsilçisi Almaniyanın "Hamburq" kollektivi ilə üz-üzə gəlib.

İlk iki oyunda məğlub olan komandaların duelində təmsilçimiz üstün olub - 5:1.

Qeyd edək ki, "Araz" qrupdakı ilk iki oyununda Xorvatiya "Nasional"ına 1:2, Rusiyanın "Yuqra" komandasına isə 0:4 hesabı ilə məğlub olub.