Arçi Qrey Mançester klubuna keçə bilər

"Tottenhem"in futbolçusu Arçi Qrey karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

20 yaşlı oyunçunun dəyəri 40 milyon avrodur.

Qeyd edək ki, A.Qrey bu mövsüm meydana çıxdığı 32 matçda 2 qol, 3 asistlə yadda qalıb.