Arçi Qrey "Mançester Yunayted"ə keçə bilər
"Tottenhem"in futbolçusu Arçi Qrey "Mançester Yunayted"in maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Sports Boom" nəşri məlumat yayıb.
20 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 40 milyon avrodur.
Qeyd edək ki, A.Qrey cari mövsüm meydana çıxdığı 32 oyunda 2 qol, 3 asistlə yadda qalıb.