Arda Gülər Eden Azarla qol sayını bərabərləşdirdi

İspaniya La Liqasında 36-cı turun açılış oyununda "Real Madrid" "Alaves"i 5-0 hesabı ilə məğlub edib.

Sportline.az Ajannspor.com-a istinadla xəbər verir ki, "Real Madrid"in 5-ci qolunu vuran Arda Gülər  klub tarixinin ən bahalı transferlərindən olan Eden Azarla qol sayını bərabərləşdirib.(Liqada)

Eden Azar: 54 oyun, 4 qol

Arda Gülər: 9 oyun, 4 qol

Qeyd edək ki, Liqada ardıcıl  19-cu qələbəsini qazanan "Real Madrid"  son 4 görüşdə qapısını toxunulmaz saxlayıb.