Arda Güler İngiltərə nəhənginə transfer ola bilər
“Real Madrid”in 19 yaşlı futbolçusu Arda Güler mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Mançester Siti” 2025-ci ilin yayında Arda Güler üçün “Real”a 40 milyon avro təklif etməyə hazırlaşır.
Bu mövsüm Arda “Real”ın heyətində 11 matç keçirib.
Qeyd edək ki, Arda Gülerin “Transfermarkt” portalına görə dəyəri 45 milyon avrodur.