Arda Güler İngiltərə nəhənginin radarındadır
“Real Madrid”in türkiyəli futbolçusu Arda Güler klubdan ayrıla bilər.
Sportline.az “El Nacional” nəşrinə istinadən xəbər verir ki, “Liverpul” 19 yaşlı futbolçu üçün “Real Madrid”ə 70 milyon avro ödəməyə hazır olduqları bildirilir.
“Liverpul” rəhbərliyi gələn ilin yayında Arda üçün “Real”a rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Arda Güler 2023-cü ildən “Real Madrid”in şərəfini qoruyur.