Arda Güler üçün 3 klubdan təklif var
"Real Madrid"in türkiyəli futbolçusu Arda Güler İngiltərənin nəhəng klublarının maraq dairəsinə düşüb.
Sportline.az xəbər verir ki, "Tottenhem", "Nyukasl Yunayted" və "Arsenal" Ardanı transfer etmək üçün hərəkətə keçib.
Bu haqda "Fichajes" nəşri məlumat yayıb.
Qeyd edək ki, A.Gülerin transfer qiyməti 45 milyon avrodur.