Arda Gülerin dəyəri yüksəldi
“Real”ın futbolçusu Arda Gülər bazar dəyərinə görə türk oyunçular arasında tarixə düşüb.
Sportline.az xəbər verir ki, “transfermarkt”a əsasən, 20 yaşlı yarımmüdafiəçinin qiyməti 60 milyon avroya yüksəlib.
Bu, indiyədək türkiyəli futbolçular arasında ən yüksək göstəricidir.
Qeyd edək ki, Arda Güler bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 15 matçda 4 qol, 6 asistlə yadda qalıb.