Arda karyerası ilə bağlı iddialara aydınlıq gətirdi

"Barselona"da xoşbəxtəm. Mətbuatda Çinə getmək istədiyimi yazırlar. Bunların heç biri reallığı əks etdirmir". SportLine.az xəbər verir ki, bu sözləri "Barselona"nın türkiyəli ulduzu Arda Turan "Fanatik"ə açıqlamasında deyib.

Karyerası ilə bağlı sualları cavablandıran futbolçu, "Təkcə Çinlə bağlı yox, özümlə bağlı bir çox transfer iddiaları görürəm. Ancaq mən "Barsa"da oynamaq istəyirəm. 2020-ci ilə qədər müqaviləm var. Onadək heç yerə getmək fikrim yoxdur".

Qeyd edək ki, Arda Turan 2015-ci ildən Kataloniya klubunun şərəfini qoruyur.