Arda Turan ilk matçında qırmızı kart gördü
Türkiyə Super Liqasının ilk turunda "Eyüpspor" səfərdə "Alanyaspor"la qarşılaşıb.
Sportline.az xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Arda Turan Super Liqada ilk oyununda qırmızı vərəqə ilə cəzalandırılıb.
37 yaşlı mütəxəssis 76-cı dəqiqədə "Eyüpspor"un buraxdığı qoldan sonra şiddətli etirazlarına görə meydandan uzaqlaşıdrılıb.
Qeyd edək ki, qarşılaşma 1-1 hesabı ilə nəticələnib.