Arne Slot “Liverpul”dan ayrılır?

Arne Slot yayda "Liverpul"dan ayrıla bilər.

Sportline.az xəbər verir ki, Avrokuboklarda uğurlu çıxışa baxmayaraq, İngiltərə Premyer Liqasındakı nəticələr azarkeşləri narazı salıb.

"Team Talk"un yaydığı məlumata görə, A.Slot mövsümün sonunda klubdan ayrılma ehtimalı böyükdür.

Namizədlər siyahısında ilk sırada “Brayton”un sabiq çalışdırıcısı Roberto De Zerbi yer alır.

Alternativ variant kimi isə Xabi Alonso göstərilir.