Arnold avropa nəhənglərinin radarındadır

“Liverpul”un 26 yaşlı futbolçusu Trent Aleksander Arnold mövsümün sonunda komandasından ayrıla bilər.

Sportline.az “Talk Sport” nəşrinə istinadən xəbər verir ki, ingilis futbolçu ilə maraqlanan klubların sayı kifayət qədərdir. “Real Madrid”, “Barselona” və “Bavariya” oyunçunun xidmətində maraqlıdır.

Arnoldun müqaviləsi 2025-ci ilin yayında başa çatır.

“Liverpul” rəhbərliyi oyunçunu yanvarda satmağa hazırlaşır. Arnoldun transfer dəyəri 70 milyon avro olaraq təyin edilib.

Qeyd edək ki, Arnold bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 9 matçda 2 asistlə yadda qalıb.