Arnold “Real”a transfer oluna bilər

“Liverpul”un 26 yaşlı futbolçusu Trent Aleksander Arnold gələn yay klubdan ayrıla bilər.

Sportline.az “Score90” saytına istinadən xəbər verir ki, “Real Madrid” oyunçunu gələn ilin yayında azad agent kimi heyətinə qatmağa israrlıdır.

Arnoldun müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, T.Arnold bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 10 matçda 1 qol və 2 asistlə yadda qalıb.