Arnoldun əsas hədəfi bəlli olub
“Liverpul”un ulduz futbolçusu Trent Aleksander Arnold futboldakı əsas hədəfini açıqlayıb.
Sportline.az xəbər verir ki, “Sky Sports”a müsahibə verən Arnold “Qızıl top” qazanmaq istədiyini söyləyib.
“Mənim futbolda əsas hədəfim “Qızıl top”u qazanmaqdır. Bu mənim ən böyük arzumdur. Bunu bacaran ilk medafiəçi olmaq istəyirəm. Gələcək illərdə bunu bacaracağıma inanıram”, - deyə Arnold bildirib.
Qeyd edək ki, Arnold yanvarda “Real Madrid” klubuna transfer ola bilər.