“Arsenal” bu futbolçuya görə 62 milyon avro ödəməyə hazırdır

“Qalatasaray”da icarə əsasında çıxış edən nigeryalı hücumçu Viktor Osimhen “Arsenal” transfer hədəfinə çevrilib.

Sportline.az “Sky Sports”a istinadən xəbər verir ki, London klubu Osimhen üçün 62 milyon avro ödəməyə hazırdır.

26 yaşlı futbolçu müqavilə əsasında “Napoli” klubuna məxsusdur.

Qeyd edək ki, Osimhen bu mövsüm “Qalatasaray”ın heyətində çıxış etdiyi 28 matçda 22 qol və 5 asistlə yadda qalıb.