“Arsenal” David Raya ilə bağlı qərar verib

"Arsenal" qapıçısı David Raya ilə yeni müqavilə bağlayacaq.

Sportline.az xəbər verir ki, Premyer Liqa nəhəngi artıq ispaniyalı qolkiperlə razılığa gəlib.

Bu barədə BBC televiziya kanalı məlumat yayıb.

London klubu 30 yaşlı qapıçının maaşını artıracaq. Yeni müqavilə yaxın vaxtlarda imzalanacaq.