"Arsenal" fransalı futbolçusu ilə yola davam etmək istəyir
"Arsenal" fransalı stopperi Vilyam Salibaya yeni 5 illik müqavilə təklif edib.
Sportline.az xəbər verir ki, bu haqda insayder David Ornşteyn məlumat yayıb.
24 yaşlı futbolçunun klubla hazır ki müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Salibanı "Real Madrid" klubu transfer etmək istəyir.