“Arsenal” futbolçusunu 30 milyon avro qarşılığında satmağa hazırdır
"Arsenal" brazilyalı forvardı Qabriel Jesus üçün 30 milyon avro tələb edir.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
"Milan" və "Everton" 28 yaşlı futbolçunu transfer etmək niyyətindədir.
Qeyd edək ki, Q.Jesusun "Arsenal"la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.