"Arsenal" isveçli forvardın transferində sona yaxınlaşır

"Arsenal" "Sportinq"in isveçli forvardı Viktor Gyökeresi transfer etməyə yaxındır.

Sportline.az "Transferdot.com" saytına istinadən xəbər verir ki, London klubu 27 yaşlı futbolçu üçün 70 milyon avro ödəyəcək.

Futbolçu gələn həftə tibbi yoxlanışdan keçmək üçün İngiltərəyə gələcək.

Qeyd edək ki, Gyökeres ötən mövsümü 52 matçda 54 qol 12 asistlə yadda qalıb.