“Arsenal” Kalafiori ilə yollarını ayırmaq istəyir

"Arsenal" klubu müdafiəçi Rikkardo Kalafiori ilə yollarını ayırmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu barədə Football Insider xəbər paylaşıb.

İtaliyalı oyunçunun tez-tez zədələrlə üzləşməsi səbəbindən London təmsilçisi yay transfer dönəmində onu satışa çıxarmağı düşünür. Klub 23 yaşlı sol cinah müdafiəçisi ilə bağlı daxil olacaq təklifləri nəzərdən keçirməyə hazırdır.