“Arsenal” Kubonu istəyir

“Real Sosyedad”ın yaponiyalı futbolçusu Takefuso Kubo “Arsenal”ın maraq dairəsinə düşüb.

Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, London klubu Kubonun meneceri ilə təmas halındadır.

24 yaşlı oyunçunun transfer qiyməti 52 milyon avrodur.

Qeyd edək ki, T.Kubo bu mövsüm meydana çıxdığı 5 matçda 1 qolla yadda qalıb.