"Arsenal" "Milan"a 75 milyon avro ödəməyə hazırdır

"Milan"ın ulduzu Rafael Leao "Arsenal"ın maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, "topçular" 26 yaşlı futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib.

Bu haqda "Transferdot.com" saytı məlumat yayıb.

Qeyd edək ki, "Arsenal" portuqaliyalı oyunçu üçün 75 milyon avro ödəməyə hazırdır.