"Arsenal" PSJ-yə qarşı
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarına bu gün start veriləcək.
Sportline.az xəbər verir ki, Çempionlar Liqasında yarı final mərhələsinə İngiltərənin paytaxtı London şəhərində start veriləcək. ¼ finalda “Real Madrid”i mübarizədən kənarlaşdıran “Arsenal”, “Paris Sen-Jermen”lə qarşılaşacaq. Bu kollektivlər liqa mərhələsi çərçivəsində üz-üzə gəlmişdi. “Emireyts”də keçirilən oyunda “Arsenal” PSJ-yə 2 cavabsız qolla qalib gəlmişdi. Həmin matçda fərqlənən oyunçular Kay Havetz və Bukayo Saka olmuşdu.
“Arsenal” bu görüşə ciddi itkilərlə çıxacaq. Ben Vayt, Jorjinyo, Qabriyel Maqalayeş, Rikkardo Kalafiori, Qabriyel Jesus və Kay Havertz zədə, Tomas Parti isə cəza səbəbindən oyunu buraxmalı olacaq.
“Paris Sen-Jermen” isə, bu mərhələyə qədər İngiltərənin 2 təmsilçisi “Liverpul” və “Aston Villa”nı məğlub edərək gəlib. Paris klubu bu görüşə optimal heyətlə çıxacağı gözlənilir. Start fiti 23:00-da başlanacaq görüşü sloveniyalı hakim Slavko Vinçiç idarə edəcək.