"Arsenal" "Real Madrid"ə elçi düşüb
"Arsenal" "Real Madrid"in gənc futbolçusu Viktor Valdepenası transfer etmək istəyir.
Sportline.az "Express" nəşrinə istinadən xəbər verir ki, London klubu 18 yaşlı oyunçunun meneceri ilə danışıqlara başlayıb.
Mikel Arteta Viktorun oyununu çox bəyənir. Bunun üçün rəhbərliktən onun transferini tələb edib.
Qeyd edək ki, V.Valdepenas "Real Madrid Kastilya"da çıxış edir.
Onun dəyəri "Transfermarkt" portalına görə, 500 min avrodur.