"Arsenal" Saka ilə bağlı qərar verib
"Arsenal" ingiltərəli futbolçusu Bukayo Saka ilə bağlı qərar verib.
Sportline.az "TBR Football" nəşrinə istinadən xəbər verir ki, London klubu ulduz oyunçusuna yeni müqavilə təklif edib.
"Arsenal"ın rəhbərliyi Sakanın bu təklifi qəbul edəcəyinə ümid edir.
Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 7 matçda 3 qolla yadda qalıb.